...

Gürcüstan Parlamenti Azərbaycana yeni səfirin namizədliyinin müzakirəsinə başlayacaq

Siyasət Materials 13 Noyabr 2009 11:35 (UTC +04:00)
Bu gündən etibarən Parlamentdə Gürcüstanın Azərbaycanda yeni səfirinin namizədliyinin müzakirələri başlayır. Mixail Saakaşvili bu vəzifəyə Prezident Administrasiyasının mətbuat xidmətinin başçısı İvane Noniaşvilini təqdim edib.
Gürcüstan Parlamenti Azərbaycana yeni səfirin namizədliyinin müzakirəsinə başlayacaq

Gürcüstan, Tbilisi, 13 noyabr / Trend , müxbir N.Kirtsxaliya /

Bu gündən etibarən Parlamentdə Gürcüstanın Azərbaycanda yeni səfirinin namizədliyinin müzakirələri başlayır. Mixail Saakaşvili bu vəzifəyə Prezident Administrasiyasının mətbuat xidmətinin başçısı İvane Noniaşvilini təqdim edib.

Yeni səfirin namizədliyi bu gün Parlamentin Xarici əlaqələr və vətəndaşlarla əlaqələr üzrə komitəsinin birgə iclasında müzakirə olunacaq.

İvane Noniaşvili 2004-cü ildən 2006-cı ilə kimi Gürcüstan Prezidentinin ictimaiyyətlə əlaqələrin təşkili üzrə xidmətin rəhbəri olub, 2006-cı ildən indiyə kimi isə Prezident Administrasiyasının mətbuat xidmətinə başçılıq edir.

Noniaşvili dövlət məsləhətçisi rütbəsinə malikdir.

Parlament növbəti həftə Noniaşvilinin Gürcüstanın Azərbaycandakı səfiri kimi namizdəliyini təsdiq edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti