...

ABŞ dövlət katibi müavininin köməkçisi yenidən Tbilisidədir

Siyasət Materials 16 Noyabr 2009 17:00 (UTC +04:00)
ABŞ dövlət katibi müavininin köməkçisi Tina kaydanov Tbilisiyə işgüzar səfər edib.
ABŞ dövlət katibi müavininin köməkçisi yenidən Tbilisidədir

Gürcüstan, Tbilisi, 16 noyabr / Trend , müxbir N.Kirsxaliya/

ABŞ dövlət katibi müavininin köməkçisi Tina kaydanov Tbilisiyə işgüzar səfər edib. Gürcüstan XİN-dən Trend -a bildirilib ki, Kaydanov bu gün bağlı qapılar arxasında xarici işlər naziri Qriqol Vaşadze ilə görüş keçirəcək.

Səfər çərçivəsində Kaydanov Gürcüstan hökumətinin digər rəsmiləri, həmçinin müxalifət partiyalarının nümayəndələri ilə görüşmək niyyətindədir.

Qeyd etmək lazımdır ki, Kaydanov son zamanlar tez-tez Tbilisidə olur, lakin onun bütün səfərləri məxfi saxlanılır. Bu barədə hətta ABŞ-ın Gürcüstandakı səfirliyindən də məlumat verilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti