Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir T.Cəfərov/
İran İslam Respublikasının Sərhəd Polisinə yeni komandan təyin olunub. Yeni komandan vəzifəsinə İran Polis komandirinin sabiq müavini, general-mayor Hüseyn Zülfüqari təyin olunub.  Trend  İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Zülfüqari İran Polis komandirinin müavini, eləcə də İran Polis Akademiyasının rəisi vəzifələrində çalışıb.  Ondan öncə bu vəzifədə general-mayor Qasim Rzayi çalışırdı. 
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]