...

Gürcüstanda ilk dəfə H1N1 virusunun ağır forması qeydə alınıb

Siyasət Materials 19 Noyabr 2009 20:34 (UTC +04:00)
Gürcüstanda H1N1 virusunun ilk ağır forması qeydə alınıb. 61 yaşlı qadın noyabrın 14-də təcili qospitallaşdırılıb və hazırda xəstəxanadadır.
Gürcüstanda ilk dəfə H1N1 virusunun ağır forması qeydə alınıb

Gürcüstan, Tbilisi, 19 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda H1N1 virusunun ilk ağır forması qeydə alınıb. 61 yaşlı qadın noyabrın 14-də təcili qospitallaşdırılıb və hazırda xəstəxanadadır.

Həkimlərin məlumatına görə, dərmanlar nəticə verib və qadının səhhəti xeyli yaxşılaşıb. Hazırda o, özünü normal hiss edir.

Xəstə bu virusla Yunanıstandan gələn Gürcüstan vətəndaşından yoluxub.

"İndiyədək virusa 86 yoluxma halı qeydə alınıb, - mərkəzdən məlumat verilib. - Lakin təşvişə səbəb yoxdur, ölkənin tibb müəssisələri epidemiyaya tam hazırdır".

İndiyədək Gürcüstanda qeydə alınan virusa yoluxma halları heç orta ağır formasında belə olmadığı üçün xəstələr evdə müalicə ediliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti