...

Azərbaycanın NATO-nun tərəfdaşı kimi öz təhlükəsizliyinin zəmanətinə dair narahatçılığı haqlı və məntiqlidir - "Ceymstaun" Fondunun prezidenti

Siyasət Materials 21 Noyabr 2009 13:48 (UTC +04:00)
Azərbaycanın NATO-nun tərəfdaşı kimi öz təhlükəsizliyinin zəmanətinə dair narahatçılığı haqlı və məntiqlidir və bu, ötən il Gürcüstan münaqişəsindən sonra daha aktualdır. Vaşinqtonda "Ceymstaun" Fondunun prezidenti Qlen Hovard belə hesab edir.
Azərbaycanın NATO-nun tərəfdaşı kimi öz təhlükəsizliyinin zəmanətinə dair narahatçılığı haqlı və məntiqlidir - "Ceymstaun" Fondunun prezidenti

ABŞ, Vaşinqton, 21 noyabr / Trend , müxbir N.Boqdanova/

Azərbaycanın NATO-nun tərəfdaşı kimi öz təhlükəsizliyinin zəmanətinə dair narahatçılığı haqlı və məntiqlidir və bu, ötən il Gürcüstan münaqişəsindən sonra daha aktualdır. Vaşinqtonda "Ceymstaun" Fondunun prezidenti Qlen Hovard belə hesab edir.

"NATO konkret şəraitdə ölkənin təhlükəsizliyinə zəmanət verə bilər", - Azərbaycanın xarici işlər naziri müavini Araz Əzimovun "NATO-nun təkcə üzv ölkələrin deyil, eyni zamanda Azərbaycan kimi tərəfdaş ölkələrin təhlükəsizliyini təmin etməli olduğu" barədə müraciətini şərh edən Hovard Trend -a deyib.

Hovardın sözlərinə görə, NATO hücum hallarında ölkələrin təhlükəsizliyini təmin edə bilər. "İranda Şahın devrilməsindən sonra 1979-cu ildə Fars körfəzində baş verən münaqişə buna misal ola bilər, o zaman ABŞ ikitərəfli razılaşma əsasında ölkənin təhlükəsizliyinə zəmanət verib", - o deyib.

Lakin NATO-nun zəmanəti, onun sözlərinə görə, təşkilatın hərbçilərinin həmin ölkədə mövcud olacağı kimi başa düşülməməlidir.

"Azərbaycan ərazisində ABŞ bazası, yaxud buna bənzər bir şey olmayacaq, - o deyib. - Birinci addımı Gürcüstanın NATO-ya daxil olması ilə başlamaq lazımdır, bundan sonra hər şey, həm də Azərbaycana münasibət pozitiv olacaq".

Hovard həmçinin qeyd edib ki, Azərbaycan enetji təhlükəsizliyi baxımından NATO üçün əhəmiyyətli tərəfdaşlardandır.

"Azərbaycan artıq Qərbi və Şərqi Avropanı enerji təhlükəsizliyi ilə təmin edir, buna görə də enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır", - o deyib.

NATO-nun Əfqanıstandakı əməliyyatlarında Azərbaycanın mühüm rolunu qeyd edən Hovard Azərbaycanın vətəndaş əməliyyatlarında da iştirak etməyini təklif edib.

"İnsan resurslarının təqdim edilməsi baxımından Azərbaycan NATO-nun Əfqanıstanda vətəndaş əməliyyatları zamanı təklif irəli sürə və bu, vəziyyəti yaxşılaşdıra bilər", - o hesab edir.

"Əgər Azərbaycan qoşunları hansısa müəyyən olunmuş əməliyyatlarda iştirak edərsə, o zaman NATO orada öz iştirakını azaltmağa və taliblərlə müharibəyə qüvvə göndərməyə imkan əldə edəcək. Buna görə də Azərbaycanın oynadığı hər hansı bir rol çox əhəmiyyətlidir", - o deyib.

Xəbər lenti

Xəbər lenti