...

Azərbaycan və Rusiya prezidentləri Ulyanovskda Heydər Əliyev abidəsinin açılış mərasimində iştirak ediblər

Siyasət Materials 24 Noyabr 2009 17:40 (UTC +04:00)
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev Ulyanovskda Heydər Əliyevin abidəsi önünə gül qoyublar. Bundan sonra hər iki prezident mərasimdə iştirak edən Azərbaycan diasporunun nümayəndələri ilə görüşüblər.
Azərbaycan və Rusiya prezidentləri Ulyanovskda Heydər Əliyev abidəsinin açılış mərasimində iştirak ediblər

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev Ulyanovskda Heydər Əliyevin abidəsi önünə gül qoyublar. Bundan sonra hər iki prezident mərasimdə iştirak edən Azərbaycan diasporunun nümayəndələri ilə görüşüblər.

Onlar bildiriblər ki, şəhərdə Azərbaycandilli məktəb, həmçinin Azərbaycan futbol komandası, musiqi kollektivləri var və onlar öz milli ənənələrinə sadiqdirlər.

"Çox şadam ki, azərbaycanlılar öz ənənələrini qoruyub saxlayırlar, öz dövlət fəaliyyətlərini anlayırlar və bununla yanaşı, yaşadıqları ərazinin yaxşı vətəndaşlarıdırlar", - İlham Əliyev deyib.

Azərbaycanın dövlət başçısı bildirib ki, Ulyanovskda Volqa üzərindəki körpünün açılması və Azərbaycanın üçüncü Prezidentinin adı verilən və heykəli qoyulan Ulyanovsk meydanı dostluğun yaxşı göstəricisidir.

Medvedyev onunla razılaşıb və Heydər Əliyevin bu körpünün inşasına dair böyük töhfələrini qeyd edərək vurğulayıb ki, körpünün işə salınması Heydər Əliyevin özünəməxsus abidəsidir. O, məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan diasporu Ulyanovsk mədəniyyəti və həyatında öz yerini tapıb.

"İlham Əliyevlə Moskva, Sankt-Peterburq və Soçidə görüşmək bizə həmişə nəsib olmur. Rusiya böyük ölkədir, onun görüş keçirmək üçün maraqlı şəhərləri çoxdur", - RF Prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti