...

Azərbaycan Parlamentinin deputatı Avropa Siyasi Mərkəzinin tədbirində iştirak edəcək

Siyasət Materials 25 Noyabr 2009 16:59 (UTC +04:00)
"Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Avropa Siyasi Mərkəzi tərəfindən keçirilən "Şərq tərəfdaşlığı təşəbbüsü" çərçivəsində təhlükəsizlik və stabillik üzrə siyasi dialoqda iştirak etmək üçün noyabrın 26-dan 28-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq", - cərşənbə günü Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin deputatı Avropa Siyasi Mərkəzinin tədbirində iştirak edəcək

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin depuatatı Avropa Siyasi Mərkəzinin tədbirində iştirak edəcək.

"Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Avropa Siyasi Mərkəzi tərəfindən keçirilən "Şərq tərəfdaşlığı təşəbbüsü" çərçivəsində təhlükəsizlik və stabillik üzrə siyasi dialoqda iştirak etmək üçün noyabrın 26-dan 28-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq", - cərşənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus nümayəndələrinin, həmçinin Avropa Birliyinin komissarlarının qatılacağı tədbirdə bölgədə təhlükəsizlik və inkişaf məsələləri müzakirə olunacaq. "Tədbirdə proqrama daxil olan ölkələrin hazırkı münasibətləri və perspektivləri barədə fikir mübadiləsi aparılacaq", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti