...

Azərbaycanın hakim partiyası bələdiyyə seçkiləri ilə bağlı pulsuz efir vaxtından istifadə edəcək

Siyasət Materials 26 Noyabr 2009 12:35 (UTC +04:00)
Azərbaycanın hakim partiyası bələdiyyə seçkiləri ilə bağlı təşviaqt kampaniyasında pulsuz efir vaxtından istifadə edəcək.
Azərbaycanın hakim partiyası bələdiyyə seçkiləri ilə bağlı pulsuz efir vaxtından istifadə edəcək

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası bələdiyyə seçkiləri ilə bağlı təşviaqt kampaniyasında pulsuz efir vaxtından istifadə edəcək.

"Efir vaxtından istifadənin vaxtını Mərkəzi Seçki Komissiyası müvafiq telekanalla müəyyənləşdirməlidir", - cümə axşamı Trend -a Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı təşviqat aparmaq məqsədilə pulsuz efir vaxtından yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) istifadə edə biləcək. Trend -un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

"Mövcud qanunvericiliyə görə, bələdiyyələrin yarıdan çoxunda namizədləri qeydə alınan partiya pulsuz efir vaxtindan istifadə edə bilər. Bu göstəriciyə isə yalnız YAP nail olub", - Sarıyev deyib.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Bələdiyyə üzvlüyünə namizədlərin 16 min 20-si ali təhsilli, 166 nəfəri natamam ali, 8938 nəfəri orta təhsilli, 6737 nəfəri orta ixtisas təhsillidir. 6222 nəfər qadın bələdiyyə üzvlüyünə namizəddir.

Novruzovun sözlərinə görə, pulsuz efir vaxtından istifadə zamanı partiyanın strategiyası və qarşıdakı dövrdə görüləcək işlərlə bağlı çıxışlar olacaq.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti