...

Barak Obama Azərbaycan Prezidenti və xalqını Qurban bayramı münasibətilə təbrik edib

Siyasət Materials 26 Noyabr 2009 20:40 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə Qurban bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Barak Obama Azərbaycan Prezidenti və xalqını Qurban bayramı münasibətilə təbrik edib

ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə Qurban bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Hörmətli cənab Prezident, Sizə və Azərbaycan xalqına müqəddəs və sevinc dolu Qurban bayramı münasibətilə Amerika xalqı adından ən xoş arzularımı çatdırıram", - təbrik məktubunda deyilir.

ABŞ Prezidenti ümidvar olduğunu bildirb ki, bu müqəddəs bayramın ruhuna uyğun olaraq biz bütün dünyada azadlıq və sülhə nail olmaq məqsədilə birgə işləyə bilərik.

"Sizə və Azərbaycan xalqına gələcək illərdə xoşbəxtlik və firavanlıq arzulayıram", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti