...

Litva Prezidenti Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 28 Noyabr 2009 13:07 (UTC +04:00)
Litva Prezidenti Daliya Qribauskayte Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bu bəyanat Qribauskaytenin Vilnüsdə səfərdə olan Gürcüstan Parlamentinin sədri David Bakradze ilə görüşü ərəfəsində verilib.
Litva Prezidenti Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Gürcüstan, Tbilisi, 28 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Litva Prezidenti Daliya Qribauskayte Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Parlamentin mətbuat xidmətinin məlumatına görə, bu bəyanat Qribauskaytenin Vilnüsdə səfərdə olan Gürcüstan Parlamentinin sədri David Bakradze ilə görüşü ərəfəsində verilib.

Görüşdə iki ölkə arasındakı tərəfdaşlıq və sıx əməkdaşlıq qeyd olunub.

David Bakradze Litva Prezidentini Gürcüstandakı vəziyyət, islahatlar və təhlükəsizlik məsələləri ilə tanış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti