...

Rusiyanın XİN rəhbəri Mərkəzi Asiyanın su-enerji resursları məsələsini ümumi qəbul olunan əsaslarda həll etməyə çağırıb

Siyasət Materials 22 Dekabr 2009 18:05 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 22 dekabr / Trend , müxbir D.Əzizov/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mərkəzi Asiyanın su-enerji resursları məsələsini ekoloji balansı pozmadan ümumi qəbul olunan əsaslarda həll etməyə çağırıb.

"Bu məsələlərin həlli ümumi qəbul edilən əsaslarda həyata keçirilməlidir ki, zəif ekoloji balansın pozulması baş verməsin, - Lavrov Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiyası Universitetində çıxışı zamanı deyib.

Bununla yanaşı, Lavrov təəssüflə qeyd edib ki, Mərkəzi Asiyanın su resurslarının istifadəsi üzrə ümumi konsepsiyanın işlənib hazırlanması indiyənədək sona çatdırılmayıb.

Xəbər lenti

Xəbər lenti