...

Seçki məntəqələrinin təxminən 98 faizi bələdiyyə seçkilərinə səsvermə barədə məlumatları təqdim edib – MSK (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Dekabr 2009 13:49 (UTC +04:00)
Seçki məntəqələrinin təxminən 98 faizi (4714) bələdiyyə seçkilərinə səsvermə barədə hesabatı artıq Mərkəzi Seçki Komissiyasına təqdim edib. MSK-nın bugünkü iclasında bildirilib.
Seçki məntəqələrinin təxminən 98 faizi bələdiyyə seçkilərinə səsvermə barədə məlumatları təqdim edib – MSK (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir M.Əliyev/

Seçki məntəqələrinin təxminən 98 faizi (4714) bələdiyyə seçkilərinə səsvermə barədə hesabatı artıq Mərkəzi Seçki Komissiyasına təqdim edib. MSK-nın bugünkü iclasında bildirilib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, həmçinin 1684 bələdiyyə hesabat verib və onlardan 1674-dən protokol alınıb. Onlardan 15 249 namizəd liderdir.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

"Bələdiyyə seçkilərini baş tutmuş hesab etmək olar", - cümə axşamı mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə əsasən, səsvermənin ilkin nəticəsinə görə, Azərbaycanda bələdiyyə seçkisində seçicilərin 31,86 faizi iştirak edib.

Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.

Pənahovun sözlərinə görə, seçkilərin gedişi zamanı seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntusu aşkar olunmayıb.

Onun sözlərinə görə, MSK-nın "qaynar xətti"nə edilən zənglər əsasən seçkilərin xarakterinə dair məlumatların alınması ilə bağlı olub.

Pənahovun sözlərinə görə, beynəlxalq müşahidəçilər 100-dən çox seçki sahələrində bələdiyyə seçkilərinin gedişini müşahidə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti