...

Konqresin Qarabağ separatçılarının maliyyələşdirilməsinə dair qərarı Azərbaycan-ABŞ əlaqələrinə mənfi təsir edə bilər - Azərbaycanın XİN rəhbərinin müavini Hafiz Paşayev

Siyasət Materials 11 Yanvar 2010 13:50 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, Azərbaycanın Birləşmiş Ştatlardakı keçmiş səfiri Hafiz Paşayev ABŞ Konqresinin Dağlıq Qarabağ separatçı rejiminə 8 milyard dollar ayrılması barədə qərarını Azərbaycan-ABŞ əlaqələrinin inkişafı yolunda mənfi addım adlandırıb.
Konqresin Qarabağ separatçılarının maliyyələşdirilməsinə dair qərarı Azərbaycan-ABŞ əlaqələrinə mənfi təsir edə bilər - Azərbaycanın XİN rəhbərinin müavini Hafiz Paşayev

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, Azərbaycanın Birləşmiş Ştatlardakı keçmiş səfiri Hafiz Paşayev ABŞ Konqresinin Dağlıq Qarabağ separatçı rejiminə 8 milyard dollar ayrılması barədə qərarını Azərbaycan-ABŞ əlaqələrinin inkişafı yolunda mənfi addım adlandırıb.

"Konqresin bu addımı ABŞ və Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər, lakin ümid edirik ki, bu baş verməyəcək", - Paşayev bazar ertəsi jurnalistlərə deyib.

ABŞ Konqresi 2010-cu ildə Dağlıq Qarabağ separatçı rejiminə 8 milyon dollar maliyyə yardımı ayrılması barədə qərar qəbul edib.

Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Konqresin Birləşmiş Ştatların xarici siyasətinə qarışmasını Vaşinqtonun maraqlarına zidd addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, Konqresin bu hərəkəti ABŞ-da fəaliyyət göstərən erməni lobbisinin təsiri ilə şərtlənir.

"Konqresin ABŞ-ın xarici siyasətinə qarışması təkcə Azərbaycanla deyil, həmçinin digər ölkələrlə, məsələn Yaxın Şərqlə münasibətlərdə də özünü göstərir", - Paşayev deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti