...

Azərbaycanda axtarışda olan hərbi qulluqçu tutulub

Siyasət Materials 21 Yanvar 2010 17:48 (UTC +04:00)
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən Trend News-a verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 20 yaşlı Eldar Bəhram oğlu Baxşıyev saxlanılıb.
Azərbaycanda axtarışda olan hərbi qulluqçu tutulub

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda axtarışda olan hərbi qulluqçu tutulub.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən Trend -a verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 20 yaşlı Eldar Bəhram oğlu Baxşıyev saxlanılıb.

Baxşıyev Cinayət Məcəlləsinin soyğunçuluq (180), hədə-qorxu ilə tələb etmə (182), hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə (331), tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332) maddələri ilə ittiham edilir.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs bu il yanvarın 14-də Yeni Suraxanı qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Mehman Əmiraslanovun evindən mobil telefonunu və qol saatını oğurlayıb.

Baxşıyev barəsində istintaq aparılması üçün hərbi prokurorluğa təhvil verilib.

Xəbər lenti

Xəbər lenti