...

Azərbaycan-Rusiya Forumu Azərbaycan haqqında Rusiya ictimai fikrinin dəyişməsinə imkan verəcək – Novruz Məmmədov

Siyasət Materials 22 Yanvar 2010 15:38 (UTC +04:00)
Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu Azərbaycan haqqında Rusiya ictimai fikrinin dəyişməsinə imkan verəcək. Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə hesab edir.
Azərbaycan-Rusiya Forumu Azərbaycan haqqında Rusiya ictimai fikrinin dəyişməsinə imkan verəcək – Novruz Məmmədov

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir M.Əliyev/

Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu Azərbaycan haqqında Rusiya ictimai fikrinin dəyişməsinə imkan verəcək. Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov belə hesab edir.

"Rusiya tərəfi Azərbaycanın üzləşdiyi problemləri daha yaxından görəcək. Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi RF-nin maraqlarındadır və Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyinə böyük əhəmiyyət verir", - cümə günü Məmmədov jurnalistlərə deyib.

Cümə günü Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu işinə başlayıb. Forum təşkilatçıları hər iki ölkənin dövlət strukturlarıdır. Forum zamanı ikitərəfli əlaqələrin inkişafı, siyasi strukturların qarşılıqlı fəaliyyəti, ölkələrin vətəndaş cəmiyyətləri, peşəkar birliklər və yaradıcılıq ittifaqları məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Əsas diqqət KİV-in Rusiya və Azərbaycan arasında körpü yaradılmasındakı roluna, iki ölkə həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması, rus dilinin qorunub saxlanması və rusdilli informasiya məkanının genişləndirilməsinə yönəldiləcək.

"Bu gün xalq diplomatiyası sahəsində əlaqələrin inkişafı üçün qarşılıqlı təcrübənin öyrənilməsi prosesi gedir", - Rusiyanın Xaricdə yaşayan vətəndaşlar və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Məhəmmədşin Fərid jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu, agentliyin tarixində ilk böyük forumdur.

"Bu tədbir gələcəyə, xalqlar arasındakı dostluq və əməkdaşlığın, xüsusən də humanitar baxımdan əlaqələrin möhkəmlənməsinə yönəlib", - Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin Prezidenti Yefim Pivovar deyib.

Xəbər lenti

Xəbər lenti