...

Azərbaycan Parlamentinin deputatı Analar günü bayramının qeyd olunmasını təklif edib

Siyasət Materials 1 Fevral 2010 13:59 (UTC +04:00)
"Dünyanın bir çox ölkələrində martın 8-i Beynəlxalq Qadınlar Bayramı Günü kimi qeyd olunmur. Düşünürəm ki, Azərbaycanda da ayrıca Analar günü bayramının təsis olunmasına ehtiyac var", - Trend News-un məlumatına görə, bazar ertəsi Milli Məclisin iclasında deputat Elmira Axundova bildirib.
Azərbaycan Parlamentinin deputatı Analar günü bayramının qeyd olunmasını təklif edib

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Analar günü bayramının qeyd olunmasını təklif edib.

"Dünyanın bir çox ölkələrində martın 8-i Beynəlxalq Qadınlar Bayramı günü kimi qeyd olunmur. Düşünürəm ki, Azərbaycanda da ayrıca Analar günü bayramının təsis olunmasına ehtiyac var", - Trend -un məlumatına görə, bazar ertəsi Milli Məclisin iclasında deputat Elmira Axundova bildirib.

Axundovanın sözlərinə görə, həmin bayram aprelin 28-də qeyd oluna bilər.

"Həmin gün akademik Zərifə Əliyeva anadan olub. Məncə Analar günü bayramı da həmin gün qeyd oluna bilər", - millət vəkili əlavə edib.

Onun fikrincə, əgər Analar günü bayramı təsis olunarsa, bu zaman martın 8-nin də bayram kimi qeyd olunmasına ehtiyac qalmayacaq.

"Belə ki, Analar günü bizim milli bayramımız olacaq və düşünürəm ki, həmin gün istirahət günü də elan edilməlidir", - Axundova xatırladıb.

Xəbər lenti

Xəbər lenti