...

Ötən il Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə bağlı 3260 cinayət faktı qeydə alınıb

Siyasət Materials 2 Fevral 2010 16:00 (UTC +04:00)
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev cümə axşamı Trend News-a bildirib ki, qeydə alınan cinayətlər üzrə 2 ton 500 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə bağlı 3260 cinayət faktı qeydə alınıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev cümə axşamı Trend -a bildirib ki, qeydə alınan cinayətlər üzrə 2 ton 500 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Qeydə alınan cinayətlərin 1238-i narkotiklərin satışı, 1888-i saxlanması, 121-i isə əkini ilə bağlıdır.

İşçi Qrupunun rəhbəri bildirib ki, ötən il qeydə alınan cinayətlərin sayı 2008-ci illə müqayisədə 374 fakt, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin miqdarı isə 410 kiloqram artıqdır.

Cinayət faktları üzrə 2641 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 5-i 18 yaşadək, 207-si 18-25 yaş, 409-u 26-29 yaş, 2020-si isə 30 yaşdan yuxarı olanlardır.

Məsuliyyətə cəlb edilənlərdən 22-si fəhlə, 6-sı qulluqçu, 5-i nəqliyyat işçisi, 2485-i işsiz, 2556-sı kişi, 85-i qadındır.

Cinayət məsuliyyətinə cəlb edilənlərin 2077 nəfəri ilk dəfə bu cinayəti törədiblər.

Ötən il narkotik cinayətlərinə görə, 98 əcnəbi vətəndaş məsuliyyətə cəlb olunub və onlardan 237 kiloqram narkotik müsadirə olunub. Əcnəbilərin əksəriyyəti İran, Rusiya, Gürcüstan və Nigeriya vətəndaşlarıdır.

Əliquliyev deyib ki, bu cinayətlərə görə penitensiar müəssisələrdə 5422 məhkum cəza çəkir. Onlardan 2797-si məhkəmənin qərarı ilə məcburi müalicəyə cəlb olunub.

İşçi Qrupunun rəhbəri narkotik istifadəçilərinə cinayətkar kimi yanaşılmasının düzgün olmadığını bildirib və narkotikə aludə olan şəxslərin hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməsindən təəssüfləndiyini deyib.

Onun sözlərinə görə, bu sahədə həyata keçirilən tədbirlər bu hallara görə kriminallaşma əmsalının azalmasına yönəlib.

Rəsmi məlumata görə, respublikada 23 mindən yuxarı narkoman qeydə alınıb. Əliquliyev bu göstəricinin reallığı əks etdirmədiyini deyib.

Əliquliyevin sözlərinə görə, Əfqanıstandan daşınan narkotiklərin 23 faizi Azərbaycan ərazisindən keçməklə digər ölkələrə ötürülür.

Xəbər lenti

Xəbər lenti