...

Uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək – Azərbaycanın hakim partiyası

Siyasət Materials 8 Fevral 2010 14:18 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək.
Uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək – Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası hesab edir ki, uydurma "erməni soyqırımı" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək.

"Erməni lobbisi qondarma soyqırımın ABŞ Konqresi tərəfindən tanınması üçün bütün səylərini işə salıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi tərəfindən mart ayında uydurma "erməni soyqırımı" məsələsinin səsverməyə çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq Türkiyə geri çəkilməyəcək", - Trend -un məlumatına görə, bazar ertəsi Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyanın internet saytına bildirib.

Trend -un arayışı: Ermənistan - Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb - Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsi olub.

2008-ci il sentyabrın 6-da futbol üzrə Avropa Çempionatı qrup oyunları çərçivəsində keçirilən Ermənistan -Türkiyə oyununa Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Qurbanlının sözlərinə görə, "erməni soyqırımı"nın tanınması haqqında qətnamə layihəsi 2007-ci ilin yanvarında Kaliforniyadan olan demokrat-konqresmen Adam Şif tərəfindən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə təqdim edilib. "Həmin dövrdə ermənipərəst konqresmenlər bu qətnaməni komitədən keçirməyə nail olsalar da prezident tərəfindən veto qoyulması nəticəsində ABŞ Konqresində və Senatda bütövlükdə səsverməyə çıxarılmamışdı", - millət vəkili xatırladıb.

Onun fikrincə, ABŞ-da olan bədnam Erməni Milli Komitəsi bu istiqamətdə daha çox canfəşanlıq etməkdədir. "Bütün bu hərəkətlərin başlıca məqsədi Türkiyəyə təzyiq etməklə onu Ermənistanla sərhədləri açmağa sövq etməkdir. Lakin hadisələrin gedişi göstərir ki, uydurma "soyqırım" təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək", - icra katibinin müavini vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti