...

Azərbaycanda yaşayan Tacikistan vətəndaşları ölkədə keçiriləcək parlament seçkilərində səs verə biləcəklər

Siyasət Materials 8 Fevral 2010 16:02 (UTC +04:00)
Azərbaycanda müvəqqəti yaşayan Tacikistan vətəndaşları parlament seçkilərində Tacikistanın Bakıdakı səfirliyində yaradılan seçki məntəqəsində səs verə biləcəklər.
Azərbaycanda yaşayan Tacikistan vətəndaşları ölkədə keçiriləcək parlament seçkilərində səs verə biləcəklər

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir S.Ağayeva/

Azərbaycanda müvəqqəti yaşayan Tacikistan vətəndaşları parlament seçkilərində Tacikistanın Bakıdakı səfirliyində yaradılan seçki məntəqəsində səs verə biləcəklər.

Hazırda Tacikistanın Azərbaycandakı səfirliyinin konsul hesabında müvəqqəti yaşayan və işləyən təxminən 50 vətəndaş var, onlar əsasən səfirlik əməkdaşları və onların ailə üzvləri, o cümlədən müqavilə ilə Azərbaycanda işləyənlərdir. Bu barədə Tacikistanın Azərbaycandakı səfirliyinin ikinci katibi Şərəf Rəhimov Trend -a deyib.

Ali Məclisin Nümayəndələr Məclisində deputat seçkiləri və yerli Respublika Xalq Deputatları Şurası 2010-cu il fevralın 28-də təşkil ediləcək. Ölkə parlamentinin aşağı palatasına 63 deputat seçilir: 41-i təkmandatlı seçki dairələrindən, 22-si Tacikistanın vahid respublika seçki dairəsi üzrə siyasi partiyaların siyahısı ilə.

Seçkilərə on gün qalmış səfirlikdə seçki məntəqəsi fəaliyyətə başlayacaq.

Xəbər lenti

Xəbər lenti