Azərbaycan Prezidenti İlham Əliyev Karolos Papulyası Yunanıstan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Əminəm ki, Azərbaycan-Yunanıstan dövlətlərarası münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin genişləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm" - məktubda deyilir.
Azərbaycan Prezidenti Karolos Papulyası Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Karolos Papulyası Yunanıstan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.