...

Azərbaycanın xarici işlər naziri Litva Parlamentinin Xarici işlər komitəsinin sədrini qəbul edib

Siyasət Materials 4 Mart 2010 01:35 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Litva Respublikası Parlamentinin Xarici işlər komitəsinin sədri Emanuelis Zinqepusu qəbul etmişdir. Məlumatı XİN-in mətbuat xidməti yayıb.
Azərbaycanın xarici işlər naziri Litva Parlamentinin Xarici işlər komitəsinin sədrini qəbul edib

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Axundov/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Litva Respublikası Parlamentinin Xarici işlər komitəsinin sədri Emanuelis Zinqepusu qəbul etmişdir. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında sıx əlaqələrin mövcudluğu və bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirilmişlər.

Litvanın Azərbaycana Avropaya institutlarına inteqrasiya prosesində mümkün köməklik göstərməyə hazır olduğunu deyən E.Zinqepus, bu sahədə əlaqələrin intensivləşdirilməsi vacibliyini vurğulamışdır.

Öz növbəsində, nazir E.Məmmədyarov ölkəmizin mövqeyinin Litva tərəfindən dəstəkləndiyinə görə təşəkkürünü bildirmişdir. İqtisadi, enerji, təhsil və digər sahələrdə ölkələr arasında münasibətlərin intensivləşdirilməsi vacibliyini deyən E.Məmmədyarov bunun həm ikitərəfli, həm də Aİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi mümkünlüyünü vurğulamışdır.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti