...

Ermənistanda jurnalistlərə qarşı məhkəmə izləməsi və zorakılıq barədə məqalələr toplusu ATƏT-in Bürosunun dəstəyi ilə çap olunub

Siyasət Materials 4 Mart 2010 12:16 (UTC +04:00)
Yerevanda ATƏT bürosunun dəstəyi ilə 2008-2009-cu illərdə Ermənistanda jurnalistlərə qarşı məhkəmə izləməsi və hədələmə, zorakılıq problemlərinə dair dərc edilən məqalələr toplusu martın 3-də təqdim edilib. Bu barədə təşkilatın press-relizində bildirilib.
Ermənistanda jurnalistlərə qarşı məhkəmə izləməsi və zorakılıq barədə məqalələr toplusu ATƏT-in Bürosunun dəstəyi ilə çap olunub

Azərbaycan, Bakı, 4 mart / Trend , müxbir E.Tarverdiyeva/

Yerevanda ATƏT bürosunun dəstəyi ilə 2008-2009-cu illərdə Ermənistanda jurnalistlərə qarşı məhkəmə izləməsi və hədələmə, zorakılıq problemlərinə dair dərc edilən məqalələr toplusu martın 3-də təqdim edilib. Bu barədə təşkilatın press-relizində bildirilib.

Toplu ATƏT-in dəstəyi ilə nəşr edilib və jurnalist araşdırmaları üzrə qeyri-hökumət təşkilatları çərçivəsində hazırlanıb. Burada yeddi zorakı hal və jurnalistlərə qarşı hədələmə faktları əks edilib. Bununla belə günahkarlar hələ də müəyyən edilməyib. Bu barədə topluda qeyd edilib.

"Sərbəst fikir söyləməyə dəstəyin olmaması və Ermənistanda jurnalistlərin sıxışdırılması əsas problem olaraq qalır. Jurnalistlərə dair zor tətbiq etmə yolverilməzdir və cəzasız qaldığı təqdirdə bu özünü senzura və qorxunun yaranmasına səbəb olacaq. Bu barədə Yerevanda ATƏT-in ofisinin sədri vəzifəsini icra edən Karel Xofstra bildirib. Demokratik cəmiyyətin əsas tərkib hissəsi kütləvi informasiya vasitələrinin fəallığıdır.

Xəbər lenti

Xəbər lenti