...

ABŞ Konqresində "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul olunacağına inanmıram – Azərbaycan Parlamentinin komitə sədri

Siyasət Materials 4 Mart 2010 13:30 (UTC +04:00)
Azərbaycan Parlamentinin komitə sədri hesab edir ki, Türkiyə Böyük Millət Məclisinin ABŞ-a gedən nümayəndə heyətinin səyləri nəticəsində Konqresdə qondarma "erməni soyqırımı" barədə sənəd qəbul olunmayacaq.
ABŞ Konqresində "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul olunacağına inanmıram – Azərbaycan Parlamentinin komitə sədri

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri hesab edir ki, Türkiyə Böyük Millət Məclisinin ABŞ-a gedən nümayəndə heyətinin səyləri nəticəsində Konqresdə qondarma "erməni soyqırımı" barədə sənəd qəbul olunmayacaq.

"Türkiyə Böyük Millət Məclisinin böyük bir heyəti ABŞ-a gedib və onlar konqresmenlərlə görüşlərində "erməni soyqırımı" ilə bağlı qətnamənin Konqresin müzakirəsinə çıxarılmasının yanlış olduğunu izah ediblər", - cümə axşamı Trend -a Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov bildirib.

Trend -un arayışı: Erməni soyqırımı iddiası - Birinci Dünya Müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin kütləvi şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirir.

ABŞ Konqresinin xarici əlaqələr komitəsinin sədri Hovard Berman "erməni soyqırımı" haqqında qanunun martın 4-də müzakirəyə çıxarılmasını təklif edib.

Cəfərovun sözlərinə görə, qondarma "erməni soyqırımı" haqda qətnamənin ABŞ Konqresində qəbul olunmaması üçün Azərbaycan tərəfi də müəyyən təbliğat işləri aparıb. "Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, qətnamənin Konqresdə qəbul olunması ehtimalı azdır. Amma hətta sənəd qəbul olunarsa belə, bunun elə bir əhəmiyyəti olmayacaq", - komitə sədri əlavə edib.

Onun fikrincə, ABŞ Konqresinə həm Türkiyənin, həm də Azərbaycanın müəyyən təsir imkanları var.

"Bu imkanlar bir qədər məhdud olsa da, bununla yanaşı təsir gücümüz getdikcə artır. Ona görə "erməni soyqıırmı" ilə bağlı qətnamənin Konqresdə asanlıqla qəbuluna inanmıram", - Cəfərov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti