Gürcüstan, Tbilisi, 10 mart / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti Mixail Saakaşvili ATƏT-in Parlament Assambleyasının prezidenti Joao Suareşi yenilənmiş Batumidə qəbul edib.
Prezident Administrasiyasının mətbuat xidmətindən Trend -a verilən məlumata əsasən, görüş zamanı Mixail Saakaşvili qonağa şəhəri göstərib.
Görüşün digər detalları haqqında məlumat verilimir.
Bu gün səhər Suareş görüşlərini Tbilisidə davam etdirəcək. O, Gürcüstan xarici işlər nazirinin müavini ilə görüşəcək.
ATƏT-in Parlament Assambleyasının prezidenti özünün Cənubi Qafqaz turnesi çərçivəsində Tbilisidə ikigünlük səfərdədir.