...

Bu gün Gürcüstan dövlətçiliyinin bərpasının 19 ili tamam olur

Siyasət Materials 31 Mart 2010 11:20 (UTC +04:00)
Bu gün Gürcüstan dövlətçiliyinin bərpasının 19 ili tamam olur. 1991-ci il martın 31-də Ali Sovetin sədri Zviad Qamsaxurdianın rəhbərliyi ilə Gürcüstanın Milli Hökuməti dövlət müstəqilliyi məsələsi ilə bağlı referendum keçirib və referendum iştirakçılarına "Gürcüstan dövlətçiliyinin 1918-ci il 26 may tarixli Müstəqillik Aktı əsasında bərpasına razısınızmı?" sualını cavablandırmaq təklif olunub.
Bu gün Gürcüstan dövlətçiliyinin bərpasının 19 ili tamam olur

Gürcüstan, Tbilisi, 31 mart  / Trend , müxbir N.Kirsxalia/

Bu gün Gürcüstan dövlətçiliyinin bərpasının 19 ili tamam olur. 1991-ci il martın 31-də Ali Sovetin sədri Zviad Qamsaxurdianın rəhbərliyi ilə Gürcüstanın Milli Hökuməti dövlət müstəqilliyi məsələsi ilə bağlı referendum keçirib və referendum iştirakçılarına "Gürcüstan dövlətçiliyinin 1918-ci il 26 may tarixli Müstəqillik Aktı əsasında bərpasına razısınızmı?" sualını cavablandırmaq təklif olunub.

Referendumda Gürcüstan Respublikası seçicilərinin 89,3%-i iştirak edib. Onların 98,2%-i faizi dövlətçiliyin bərpasına tərəfdar olduqlarını bildirib.

Referendum əsasında həmin il aprelin 9-da Gürcüstan Ali Soveti 1918-ci il 26 may tarixli Müstəqillik Aktı əsasında Gürcüstanın dövlət müstəqilliyinin bərpasını elan edib.

1991-ci il 31 mart referendumunu "Milli Konqres" boykot edib və sonradan hərbi çevrilişdə fəal iştirak edib.

Bu, Abxaziya və Samaçablo da daxil olmaqla, Gürcüstan ərasizində keçirilən sonuncu referendum olub.

Xəbər lenti

Xəbər lenti