...

Gürcü siyasətçiləri Rusiyanı Gürcüstanda düşmən axtarmağa son qoymağa çağırır

Siyasət Materials 31 Mart 2010 12:01 (UTC +04:00)
Gürcü siyasətçiləri Rusiyanı Gürcüstanda daim düşmən axtarmağa son qoymağa çağırıblar. Parlamentin həmvətənlərlə əlaqələr komitəsinin sədri Nuqzar Tsiklauri bildirib ki, "Rusiya xalqının öz hökumətindən başqa böyük düşməni yoxdur".
Gürcü siyasətçiləri Rusiyanı Gürcüstanda düşmən axtarmağa son qoymağa çağırır

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirsxalia/

Gürcü siyasətçiləri Rusiyanı Gürcüstanda daim düşmən axtarmağa son qoymağa çağırıblar. Parlamentin həmvətənlərlə əlaqələr komitəsinin sədri Nuqzar Tsiklauri bildirib ki, "Rusiya xalqının öz hökumətindən başqa böyük düşməni yoxdur".

O, bu şərhi RF Milli Təhlükəsilzik Şurasının katibi Nikolay Patruşevin bəyanatına cavab olaraq verib. Belə ki, Patruşev Moskvada terror aktları seriyasında gürcü izinin olmasını istisna etməyib.

"Bu sözlərin həqiqətlə heç bir əlaqəsi yoxdur", - Tsiklauri bildirib. O, belə bəyanatlara reaksiyanın vacibliyini qeyd edib.

Gürcü ekspertləri hesab edirlər ki, Rusiya gürcü tərəfinin terror aktlarında iştirakı bəhanəsi ilə yeni təcavüzə əl ata bilər. "Belə terror aktlarından sonra Gürcüstan tərəfinə qarşı ittihamlar irəli sürmək adi hala çevrilib və Rusiyada heç bir terror aktı qondarma "gürcü izi" olmadan ötüşmür, halbuki bu versiyalar heç zaman öz təsdiqini tapmayıb", - ekspert Soso Sinsadze bildirib.

Xəbər lenti

Xəbər lenti