...

NATO Baş katibinin Azərbaycana səfəri gözlənilir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 Aprel 2010 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir М. Əliyev/

RED: sonuncu abzas əlavə olunub

NATO-nun Baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfəri gözlənilir. Bu barədə cümə axşamı jurnalistlərə Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke məlumat verib.

"Səfər alyansın baş katibinin yayda regiona planlaşdırılan turnesi çərçivəsində baş tuta bilər", - səfir deyib.

Bakıda Azərbaycan ilə NATO arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.

Diplomatın sözlərinə görə, həmçinin, aprelin 12-14-də NATO Parlament nümayəndə heyətinin Bakıya üçgünlük səfəri nəzərdə tutulub. Səfər zamanı nümayəndə heyəti Xarici İşlər Nazirliyi, Müdafiə və Daxili İşlər nazirliklərində bir sıra görüşlər keçirəcəklər. Ölkə Parlamentində də müzakirələrin aparılması planlaşdırılır. Nümayəndə heyəti, həmçinin, alyans ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş konfransda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti