...

ABŞ Türkiyə və İsrail arasında – Trend-in icmalçısı

Siyasət Materials 1 Aprel 2010 19:10 (UTC +04:00)
Ötən il Yaxın Şərqdə baş vermiş siyasi dəyişikliklər 2010-cu ilin birinci rübündə ABŞ və onun əsas regional tərəfdaşları Türkiyə və İsrail arasında bir sıra diplomatik qalmaqala səbəb oldu.

Trend-in Yaxın Şərq redaksiyasının icmalçısı Ülviyyə Sadıxova

Ötən il Yaxın Şərqdə baş vermiş siyasi dəyişikliklər 2010-cu ilin birinci rübündə ABŞ və onun əsas regional tərəfdaşları Türkiyə və İsrail arasında bir sıra diplomatik qalmaqala səbəb oldu.

ABŞ Konqresində "erməni soyqırımı"nın tanınması haqqında qətnamənin qəbul edilməsinə görə Ankara və Vaşinqton arasındakı qalmaqal ətrafında emosiyalar sakitləşməmiş, martın ortalarında ABŞ və onun əsas dostu və müttəfiqi olan İsrail arasında gözlənilməz bir dönüş baş verdi ki, buna səbəb də ilk baxışdan bir o qədər ciddi olmayan məskunlaşma fəaliyyəti oldu. Aydın göründüyü kimi, məskunlaşma fəaliyyəti sülh prosesində əsas maneə yaratmır, çox guman ki, məskunlaşdırılan insanlar üçün bu, Ağ Evin qarşısında onun İsrail dövləti ilə danışıqları zamanı öz şərtlərinin qoyulması üçün bir imkandır.

Regionda mərkəzi hərbi müttəfiqlər - Türkiyə və İsrail arasındakı fikir ayrılığının dərinləşməsi fonunda sülh danışıqlarının dayanması regional məsədlərə nail olmaqda ABŞ üçün yeni əngəl yaradıb.

İsrail və Türkiyə arasındakı fikir ayrılığına müdaxilə etməməyə üstünlük verən Vaşinqton ən azından başa düşür ki, bu, gələcəkdə Yaxın Şərqi təsir zonasından ayırır və regionda antiamerika siyasətini gücləndirir.

Gürünür ki, İsrail və Türkiyə barışmağa hazırlaşmır: iki aydan sonra Türkiyə-İsrail cəbhəsində baş verən bir sıra diplomatik qalmaqallar yeni qarşılıqlı ittihamlar üçün zəmin yaradıb. Türkiyə KİV-ləri İsrail ordusunun İsrail hava məkanına zorla daxil olan pilotsuzların Türkiyəyə məxsus olması ehtimalından narahat olduqlarını bildirib.

Buna görə də ABŞ üçün ritorik sual meydana çıxır: Yaxın Şərqdə kimi əsas tərəfdaş etmək daha sərfəlidir - Türkiyəni, yoxsa İsraili? Seçim çox güman ki, birincinin üzərinə düşəcək, ona görə ki, İsrail regionda Amerika siyasətinin inkişaf etdirməkdən daha çox ABŞ üçün problem yaradır.

Həmçinin, İsraildə də sülh prosesində ABŞ siyasətinin dramatik dəyişikliklərindən narahatdırlar. İsrailin "Haaretz" qəzetinin verdiyi məlumata görə, Qüdsdəki (Yerusəlim) rəsmi şəxslər Obama administrasiyasının 2004-cu ildə kiçik Corc Buşun üzərinə götürdüyü öhdəlikləri pozmasından narazıdır. İsrailin son 30 il ərzində ilk dəfə olaraq ABŞ-a qarşı yaşadığı narazılıqlar Obama administrasiyasının Yaxın Şərqdə sülhə nail olmaq, başqa sözlə desək, birbaşa olmayan Fələstin-İsrail danışıqları yolu ilə yaxın iki il ərzində Fələstin dövlətinin yaradılması ilə əlaqədar qərarı ilə bağlıdır.

Yəni ABŞ İsraili danışıqlar masasına əyləşdirmədən özü fələstinlilərlə sənəd imzalaya bilər, çünki birbaşa olmayan dialoq Vaşinqtona tərəflərin hər biri ilə ayrı-ayrılıqda sülh danışıqlarını davam etdirməyə imkan verəcək.

"Haaretz" yazır ki, ABŞ-ın bu cür israrlı addımları Amerikanın təhlükəsizliyi təmin etməyə dair istəklərinə qarşı İsrailin inamının itirilməsinə gəirib çıxara bilər.

Başqa sözlə desək, İsrail Ağ Evi xəbərdar edir ki, əgər o, öhdəliklərə əməl etməsə, İsrail "establişmentində" Amerika siyasətinin gələcək etimadı sual altında olacaq.

Bəs İsrailin bu cür barışmazlığı indi ABŞ administrasiyasına sərfəlidirmi?

Amerikanın hərbi maraqlarının Yaxın Şərqdə həyata keçirilməsi üçün Fələstin-İsrail münaqişəsinin törətdiyi maneələr haqqında Pentaqonun hesabatı göstərdi ki, Vaşinqton regionda antiamerika əhval-ruhiyyəsinin və əl-Qaidənin təsirinin artmasının səbəblərindən biri kimi İsrailə qarşı Amerika favoritizmini görür. Obamanın sələfi - Buş administrasiyası Fələstin-İsrail münaqişəsini regionda İsrail və ABŞ-ın ümumi antiterror mübarizəsinə aid etməyə üstünlük verirdi ki, bu da regionda zorakılığın daha da artmasına səbəb oldu.

ABŞ-ın Yaxın Şərqdəki baş komandanı general Petreusun məruzəsində aydın göstərilib ki, İsrail və qonşuları arasında daim hərbi toqquşmalar ərəb dünyasının ABŞ-ın rolu ilə bağlı narazılığını artırır və ərəb dünyasına əl-Qaidənin və İranın təsirinin öz müttəfiqləri "Hizbulla" və HƏMAS vasitəsilə keçməsi üçün yeni yollar açır.

Petreusun bəyanatı Vaşinqtonun İsrailin təhlükəsizliyinin və İsrail-Fələstin böhranının nizamlanmasının ABŞ-ın əsas milli maraqları olmasına tərəfdar olan əvvəlki administrasiyanın vaxtında mümkün olmayan rəyini əks etdirib.

Vaşinqtonda başa düşürlər ki, Yaxın Şərqdə zaman onların əleyhinə işləmir. Əfqanıstanda hərbi əməliyatlar gözlənilən nəticəni vermir, İraq şimalda İranpərəst dini partiyalar, sünni qüvvələri və kürd hakimiyyəti arasında tayfalararası müharibə həddindədir. İranın nüvə proqramı isə regionda nüvə silahlanması üçün daha çox zəmin yaradır.

Əgər İsrail yaxın vaxtlarda atom reaktorları və nüvə döyüş başlıqları haqqında məlumatları MAQATE-yə təqdim etməsə və nüvə silahlarının yayılmaması barədə ümumdünya müqaviləsini ratifikasiya etməsə, ərəb liderlərinin öz nüvə texnologiyalarının əldə olunması yollarını axtarmaq niyyəti barədə xəbərdarlıq yetərlidir.

ABŞ hadisələrin belə davamını istəmir və çətin ki, İsrail bu problemlərin həllində yardım göstərə bilsin. Odur ki, mərkəzi strateji müttəfiq kimi ilk mövqeyə müsəlman və Qərb aləmi ilə yaxşı münasibətlərdə olan Türkiyə irəli sürülür.

Bəs nə üçün İsrail ilə sülh bağlayan Misir və ya regionda Amerikanın siyasətini dəstəkləyən Səudiyyə Ərəbistanı deyil, məhz Türkiyə?

Ankara qısa müddətdə bütün ərəb ölkələri ilə davamlı siyasi və iqtisadi münasibətlər qura bilib və İran ilə siyasi dialoqa başlayıb, eyni zamanda, İsrailin formal olaraq hərbi müttəfiqidir.

Hələ 1990-cı illərin əvvəllərində Kürd Fəhlə Partiyasının terrorçularının Suriyada olması ilə əlaqədar iki ölkənin müharibə həddində olmasına baxmayaraq, Türkiyənin Suriya ilə uğurla yaxınlaşmasını yada salmaq kifayətdir.

Türkiyə "bir güllə ilə iki dovşan vurdu": ərəb dövlətləri arasında İranın əsas müttəfiqini özünə cəlb etdi və Suriya rəhbərliyinin bu dini cərəyana mənsub olmasını nəzərə alaraq ölkədə şiə icmasının problemlərini həll etdi.

Obama administrasiyası Misir və Səudiyyə ilə soyuq münasibətləri olan Suriya rəhbərliyinin NATO üzvləri ilə tam şəkildə əməkdaşlıq edə biləcəyini gördü, buna görə də Dəməşq ilə əlaqələrin yaxşılaşdırılması haqqında dialoqa cüzi qorxu ilə başladı.

Digər məsələ, Türkiyənin Amerika qoşunlarının çıxarılması fonunda kəskin siyasi böhran yaşayan İraqdakı roludur. ABŞ qoşunların İraqdan çıxarılması haqqında qərar qəbul etdiyi zaman Amerika siyasətçiləri bilirdilər ki, ölkəni əsasən də 2010-cu il seçkilərindən sonrakı siyasətdə radikal dəyişiklik gözləyir. Və yanılmadılar da.

İranyönlü və antiiran partiyalar arasında mübarizə, şimalda yerli türkmənlərlə kürd siyasi qüvvələri arasında Kərkükün zəngin neftinin statusu uğrunda fikir ayrılıqları, baasçıların mərkəzi hakimiyyətə qarşı fəaliyyəti İraqın federasiyaya və ya muxtariyyətə çevrilməsinə səbəb ola bilər ki, bunu da nə ABŞ, nə Türkiyə, nə də ərəb ölkələri istəyir.

Vaşinqton, həmçinin İranın hakimiyyət uğrunda sünni və şiə qüvvələri arasında mübarizədə yeni qarşıdurma yaradaraq Amerika kontingentinin çıxarılmasından sonra İraq təhlükəsizliyində yaranan vakuumdan istifadə edəcəyindən ehtiyat edir. Əfqanıstandakı hərbi kampaniyaya diqqətini yönəldən Vaşinqton çətin ki, Türkiyənin İraqda əsasən kürd partiyalarının səylərinin qarşısının alınmasına istiqamətlənən nüfuzunun artmasına qarşı çıxsın.

Buna görə də Türkiyə-Amerika münasibətlərinin çətin vaxtlar yaşamasına baxmayaraq, ABŞ Yaxın Şərqdə belə mühüm tərəfdaşı itirməyi heç istəmir.

İsrailin tezliklə ABŞ-ın tərəfdaşı siyahısında özünü ikinci yerdə biruzə verməsi istisna olunmur.

Xəbər lenti

Xəbər lenti