Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası XVI Benedikti tacqoyma günü münasibətilə təbrik edib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlığımız humanizm ideallarının və ümumbəşəri dəyərlərin təntənəsi naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyir, həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq arzulayıram", - təbrik məktubunda deyilir.
Azərbaycan Prezidenti Roma Papası XVI Benedikti tacqoyma günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası XVI Benedikti tacqoyma günü münasibətilə təbrik edib.
