...

Azərbaycanda ötən il qeyri-rəsmi nikahdan doğulan uşaqlar ümumi doğumun 20 faizini təşkil edib – Ədliyyə Nazirliyinin idarə rəisi

Siyasət Materials 29 Aprel 2010 13:06 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyinin idarə rəisi deyib ki, nikahsız anadan olan uşaqların sayında artım qeydə alınıb.
Azərbaycanda ötən il qeyri-rəsmi nikahdan doğulan uşaqlar ümumi doğumun 20 faizini təşkil edib – Ədliyyə Nazirliyinin idarə rəisi

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Ədliyyə Nazirliyinin idarə rəisi deyib ki, nikahsız anadan olan uşaqların sayında artım qeydə alınıb.

"Azərbaycanda son illər qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı xeyli artıb və bu, narahatlıq doğuran ciddi məsələdir. Ötən il qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı ölkədəki ümumi doğumun 20 faizini təşkil edib ki, bu da böyük rəqəmdir", - nazirliyin rəsmisi əlavə edib", - Trend-in məlumatına görə, cümə axşamı Milli Məclisin Sosial siyasət komitəsinin ailə və nikah məsələsinə həsr olunan iclasında Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, təkcə 2009-cu ildə rəsmi qeydə alınmayan nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 15 min olub.

Onun fikrincə, qeyri-rəsmi nikahlar məsələsi ilə bağlı ciddi tədbirlər görülməlidir.

"Qeyri-rəsmi nikahların hüquqi qüvvəsi olmadığı kimi, bu cür izdivacdan doğulan uşaqların da atasının müəyyən edilməsi problemləri olur", - Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti