...

Azərbaycan Prezidenti təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 19 May 2010 20:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda Hökumət Komissiyasının aşağıdakı tərkibdə yaradılması qeyd olunur:

Komissiyanın sədri

Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini
Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
İsmət Abasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Fizuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri
Qərib Məmmədov - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri
Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Arif Vəliyev - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
Səlim Müslümov - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri
Əhməd Əhmədzadə - "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Nizaməddin Rzayev - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Hökumət Komissiyasına yaşayış yerini itirmiş ailələrə ilk növbədə həyati əhəmiyyətli məsələlərin həllində zəruri köməklik göstərmək, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyata keçirmək; uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlamaq; təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcmini qiymətləndirmək, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etmək və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görmək; təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidənqurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; həyata keçirilən tədbirlər haqqında əhalinin məlumatlandırılmasını təmin etmək; təbii fəlakətlə bağlı görülən işlərin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat vermək; gələcəkdə mümkün ola biləcək belə halların qarşısının alınması üçün kompleks tədbirlərə dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Son vaxtlar yağan aramsız yağışlar nəticəsində Azərbaycan Respublikasının qırx rayonunun ərazisində subasma halları baş verib, ilkin məlumatlara əsasən 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalıb, 300-dən çox ev uçub, 2 minə qədər ev qəzalı vəziyyətə düşüb, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxıb.

Xəbər lenti

Xəbər lenti