...

Azərbaycan əcnəbilər üçün cəlbedici ölkəyə çevirilib - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı

Siyasət Materials 1 İyun 2010 17:31 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, bu gün Xidmətin rəisi Arzu Rəhimov Ouillermo Bettoçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan əcnəbilər üçün cəlbedici ölkəyə çevirilib - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Baş Qərargahının Avropa üzrə Regional Bürosunun rəis müavini Azərbaycanın əcnəbilər üçün cəlbedici ölkəyə çevirildiyini deyib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, bu gün Xidmətin rəisi Arzu Rəhimov Ouillermo Bettoçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bettoçi Azərbaycana müxtəlif məqsədlərlə gələn əcnəbilərlə münasibətlərin milli qanunvericiliyin tələbləri baxımından həllini təqdir edərək, qaçqın statusunun alınması məqsədilə müraciət edənlərin də diqqətdə saxlanılmasının zəruriliyini bildirib.

Xidmət rəisi Rəhimov rəhbəri olduğu qurumda qaçqın statusunun müəyyənləşdirilməsi məsələlərinin yüksək səviyyədə tənzimləndiyini diqqətə çatdırıb.

Rəhimov bildirib ki, son illər Azərbaycanda sosial-iqtisadi sferalarda uğurla aparılan islahatlar ölkəmizin sürətli inkişafına və buraya gələn əcnəbilərin sayının artmasına səbəb olub.

DMX rəsmisi qeyd edib ki, ölkədə miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb.

O qeyd edib ki, Xidmətlə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında mövcud əməkdaşlıq münasibətləri gələcəkdə daha da inkişaf etdiriləcək.

Xəbər lenti

Xəbər lenti