...

Geytsin səfəri, bizim Azərbaycana minnətdarlığımızı bildirməyə imkan yaradacaq - Pentaqonun mətbuat katibi

Siyasət Materials 3 İyun 2010 09:57 (UTC +04:00)
"Görüş Robert Geytsə bizim Azərbaycana minnətdarlığımızı bildirməyə və yük daşınmalarının mövcud səviyyədə saxlanmasını təmin etmək üçün ikitərəfli əməkdaşlığı necə inkişaf etdirməyi müzakirə etməyə imkan yaradacaq", - Pentaqonun mətbuat katibi Jeff Morell deyib. Bu barədə məlumat ABŞ-ın Müdafiyə nazirliyinin rəsmi saytında yerləşdirilib.
Geytsin səfəri, bizim Azərbaycana minnətdarlığımızı bildirməyə imkan yaradacaq - Pentaqonun mətbuat katibi

Azərbaycan, Bakı, 3 iyun / Trend, müxb. İ.Hüseynov/

"Görüş Robert Geytsə bizim Azərbaycana minnətdarlığımızı bildirməyə və yük daşınmalarının mövcud səviyyədə saxlanmasını təmin etmək üçün ikitərəfli əməkdaşlığı necə inkişaf etdirməyi müzakirə etməyə imkan yaradacaq", - Pentaqonun mətbuat katibi Jeff Morell deyib. Bu barədə məlumat ABŞ-ın Müdafiyə nazirliyinin rəsmi saytında yerləşdirilib.

Onun sözlərinə görə Əfqanıstandakı amerikan əsgərləri üçün göndərilən yüklərin 1/4 Azərbycandan keçir.

Robert Geyts iyunun 6 Bakıya yola düşəcək.

Onu Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir.

7 iyun Robert Geyts Azərbaycan Müdafiyə naziri general polkovnik Səfər Əbiyevlə görüşəcək.

Bundan sonra Geyts Londona yola düşəcək və Böyük Britaniyanın yeni nazirlər kabinetinin üzvləri ilə görüşlər keçirəcək.

Bu gün Robert Geyts Asiya səfərinə yollanıb. Səfər Geytsin Sinqapurda təhlükəsizlik konfransında iştirakı ilə başlayacaq. 

Geyts öz Yeni Zellandiyalı, Hindistanlı, Vyetnamlı, Monqoliyalı Yaponiyalı və Cənubi Koreyalı  həmkarları ilə görüşlər keçirməyi planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti