...

Fransa Parlamentində Gürcüstandakı vəziyyət müzakirə olunub

Siyasət Materials 3 İyun 2010 14:45 (UTC +04:00)
Fransa Milli Assambleyası Cənubi Qafqazda cərəyan edən proseslərlə bağlı məruzə təqdim edib. Gürcüstanın Fransadakı Səfirliyindən verilən məlumata görə, orada həmçinin gələcəkdə planlaşdırılan layihə və proqramların həyata keçirilməsindən də bəhs olunub.
Fransa Parlamentində Gürcüstandakı vəziyyət müzakirə olunub

Gürcüstan, Tbilisi, 3 iyun /Trend, müxbir N.Kirsxaliya/

Fransa Milli Assambleyası Cənubi Qafqazda cərəyan edən proseslərlə bağlı məruzə təqdim edib. Gürcüstanın Fransadakı Səfirliyindən verilən məlumata görə, orada həmçinin gələcəkdə planlaşdırılan layihə və proqramların həyata keçirilməsindən də bəhs olunub.

Sənədi Fransa hakim komandası və müxalifət təqdim edib.

Məruzədə Gürcüstanın xarici siyasət məsələləri üzrə tövsiyələr yer alıb. Sənəddə Aİ-nin ölkədəki mövcud problemlərin həllində daha çox iştirak etməsinin vacibliyi vurğulanıb.

Gürcüstanın Fransadakı səfiri İrakli Kudavanın sözlərinə görə, fransız siyasətçiləri tərəfindən Tbilisiyə maraq artır. "Burada artıq Rusiyanın öz öhdəliklərini yerinə yetirməli olduğundan və öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmasının vacibliyindən və bundan sonra münaqişəli məsələlər ətrafında danışıqların bərpa olunmasından açıq şəkildə danışırlar", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti