...

ŞƏT dövlətlərinin başçıları yeni üzvlərin qəbulu qaydaları haqqında nizamnaməni təsdiqləyiblər

Siyasət Materials 11 İyun 2010 16:18 (UTC +04:00)
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin başçıları cümə günü yeni üzvlərin qəbulu qaydaları haqqında nizamnaməni təsdiqləyiblər.
ŞƏT dövlətlərinin başçıları yeni üzvlərin qəbulu qaydaları haqqında nizamnaməni təsdiqləyiblər

Özbəkistan, Daşkənd, 11 iyun /Trend, müxbir D.Əzizov/

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan dövlətlərin başçıları cümə günü yeni üzvlərin qəbulu qaydaları haqqında nizamnaməni təsdiqləyiblər.

Əsasnaməyə görə, ŞƏT-ə daxil olmaq istəyən dövlət Avropa-Asiya regionuna daxil olmalı, üzv ölkələrin hamısı ilə diplomatik münasibətlərə, təşkilat yanında müşahidəçi və ya dialoq üzrə tərəfdaş statusuna malik olmalı, üzv ölkələrlə fəal ticari-iqtisadi və humanitar əlaqələri dəstəkləməli, BMT sanksiyaları altında olmamalı, digər dövlət və ya dövlətlərlə silahlı münaqişə vəziyyətində olmamalıdır.

Ərizə verən dövlətin rəhbəri ŞƏT üzvlüyünə daxil olmaq haqqında rəsmi müraciəti qurumun Xarici İşlər Nazirləri Şurasının sədri vasitəsilə ŞƏT Ölkələri Başçıları Şurasının sədrinə göndərir.

Hazırda Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan ŞƏT-in üzvləridir. ŞƏT yanında müşahidəçilər İran, Hindistan, Pakistan və Monqolustan, dialoq üzrə tərəfdaşlar Belarus və Şri-Lankadır. 2006-cı ildə ŞƏT XİNŞ-in iclasında Qazaxıstanın təklifi ilə yeni üzvlərin və müşahidəçilərin qəbuluna müvəqqəti moratorium qoyulub. Yeri gəlmişkən, elə həmin il Pakistan ŞƏT-in tamhüquqlu üzvü statusunun verilməsi ilə bağlı xahişlə müraciət edib. 2007-2008-ci illərdə İrandan da belə müraciət daxil olmuşdu.

ŞƏT-də müşahidəçi statusu üçün 2005-ci ildə Belarus, 2007-ci ildə isə Şri-Lanka və Nepal müraciət edib.

ŞƏT ölkələri liderləri həmçinin sammitin bəyannaməsini qəbul ediblər və 2009-cu ildə qurumun fəaliyyətinin yekunları üzrə bəzi prosedur sənəd və məruzələri qəbul ediblər.

Bundan əlavə, sammit çərçivəsində ŞƏT üzvü olan dövlətlərin hökumətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq və cinayətkarlıqla mübarizə sahəsində saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti