Azərbaycan, Bakı, 14 iyun /Trend/
2009-cu ilin sentyabr ayında Bakıda baş tutmuş danışıqların davamı olaraq, 9-11 iyun 2010-cu il tarixlərində Nyu Dehlidə Azərbaycan Respublikasının nümayəndələri ilə Hindistan tərəfinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüşün məqsədi Azərbaycan və Hindistan arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, cinayətkarın qaytarılması (ekstradisiya), mülki və kommersiya işləri üzrə hüquqi əməkdaşlıq haqqında müqavilələr layihələrinin razılaşdırılmaları idi. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.
Danışıqların ikinci günü bütün layihələr tamamilə razılaşdırıldı. Hindistan tərəfi müqavilələrin imzalanması üçün Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədovu cari ilin sentyabr-noyabr aylarında Hindistana dəvət etdi.
Azərbaycan və Hindistan hüquqi əməkdaşlıq üzrə bir sıra müqavilələrin layihələrini razılaşdırıblar
2009-cu ilin sentyabr ayında Bakıda baş tutmuş danışıqların davamı olaraq, 9-11 iyun 2010-cu il tarixlərində Nyu Dehlidə Azərbaycan Respublikasının nümayəndələri ilə Hindistan tərəfinin nümayəndələri arasında görüş keçirilmişdir.
