...

Azərbaycan Parlamenti "Konstitusiya Məhkəməsi haqqında" qanuna əlavələri qəbul edilib

Siyasət Materials 18 İyun 2010 16:46 (UTC +04:00)
Azərbaycan Parlamentinin (Milli Məclis) növbədənkənar sessiyasının cümə günü keçirilən iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanuna əlavələr qəbul edilib.
Azərbaycan Parlamenti "Konstitusiya Məhkəməsi haqqında" qanuna əlavələri qəbul edilib

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin (Milli Məclis) növbədənkənar sessiyasının cümə günü keçirilən iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanuna əlavələr qəbul edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov əlavələr barədə məlumat verərək deyib ki, əlavələr referendumla nəzərdə tutulan müddəların Konstitusiya Məhkəməsində baxılmasını nəzərdə tutur.

"Qanuna 53.1, 55.1-ci maddələr əlavə olunub", - o bildirib.

53.1-ci maddə müharibə şəraitində Azərbaycan Milli Məclisinin çağırışının səlahiyyət müddətinin uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətlərini, 55.1-ci maddə isə müharibə şəraitində Azərbaycan Prezidentinin səlahiyyət müddətinin uzadılması haqqında məsələyə baxılmasının xüsusiyyətlərini nəzərdə tutur.

Millət vəkili Zahid Oruc müharibə şəraitində seçkilərin keçirilməsinin mümkün olmadığını nəzərə alaraq, bu əlavələrin edilməsinin vacib olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti