...

Azərbaycan XİN başçısının Avstriyaya səfərinin detalları açıqlanıb

Siyasət Materials 24 İyun 2010 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Zalsburq şəhərindəki beynəlxalq konfransa dəvət olunub.

Avstriya XİN başçısı Mixael Şpindelegger Bakıya rəsmi səfəri çərçivəsində özünün azərbaycanlı həmkarı ilə görüşü zamanı onu avqustun 20-22-də Zalsburqda keçiriləcək konfransda iştiraka dəvət edib. Bu barədə Trend-ə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov məlumat verib.

Diplomat qeyd edib ki, konfransın əsas mövzusu Avropaya inteqrasiya məsələləri olacaq.

Xəbər lenti

Xəbər lenti