...

Azərbaycan Prezidenti Lerik rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 25 İyun 2010 17:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Lerikə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub.
Azərbaycan Prezidenti Lerik rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Lerikə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən fotostend var.

Məlumat verilib ki, 4 mərtəbəli binanın ümumi sahəsi 2100 kvadratmetdir. 90 çarpayılıq xəstəxana hər cür müasir tibbi avadanlıqla, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri ilə təchiz olunub. Burada 200-ə yaxın həkim və tibb personalı əhaliyə xidmət göstərəcək.

Səhiyyə ocağında poliklinika, qəbul, infeksion, terapiya, doğuş-ginekologiya, cərrahiyyə, reanimasiya və intensiv terapiya, uşaq xəstəlikləri şöbələri fəaliyyət göstərir. Burada ultrasəslə müayinə, pediatr, oftalmoloq, endoskopiya, travmatoloq və əməliyyat otaqları, ümumi və biokimyəvi laboratoriya var. Reanimasiya və cərrahiyyə şöbələrində 20 çarpayılıq 12 palata var.

Xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərini müalicə və müayinə üçün başqa yerlərə getməkdən azad edir. Burada yaradılan lazımi şərait qonşu rayonların sakinlərinə də tibbi xidmət göstərməyə imkan verir.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti