...

Azərbaycan Prezidenti Albaniya parlamentinin sədrini qəbul edib

Siyasət Materials 29 İyun 2010 18:29 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Albaniya parlamentinin sədri Jozefina Topallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Albaniya parlamentinin sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Albaniya parlamentinin sədri Jozefina Topallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkəmizə səfəri zamanı Azərbaycanda əldə edilən nailiyyətlərin və sürətli inkişaf prosesinin şahidi olduğunu deyən Albaniya parlamentinin sədri bu münasibətlə dövlətimizin başçısını təbrik edib. Jozefina Topalli ölkəsinin Azərbaycan ilə siyasi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmiş və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, enerji, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib. Qonaq parlamentlərarası əməkdaşlığın genişləndirilməsini ikitərəfli münasibətlərimizin möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsinin vacibliyini qeyd etmiş, siyasi, iqtisadi, mədəni sahələrdə, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin perspektivlərinin müzakirə edilməsi baxımından Albaniya parlamenti sədrinin ölkəmizə səfərinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev hökumət və parlament üzvləri arasında əlaqələrin qurulmasının önəmli olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti