...

ABŞ-ın Dağlıq Qarabağa ayırdığı maliyyə yardımı separatçı rejimin dəstəklənməsi üçün göndərilə bilər – vitse-spiker

Siyasət Materials 2 İyul 2010 15:12 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı ABŞ Konqresinin Dağlıq Qarabağa ayırdığı maliyyə yardımı barədə məsələ qaldıracaq, - bu barədə cümə günü jurnalistlərə Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova deyib.
ABŞ-ın Dağlıq Qarabağa ayırdığı maliyyə yardımı separatçı rejimin dəstəklənməsi üçün göndərilə bilər – vitse-spiker

Аzərbaycan, Bakı, 2 iyul /Trend, müxbir М.Əliyev/

ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı ABŞ Konqresinin Dağlıq Qarabağa ayırdığı maliyyə yardımı barədə məsələ qaldıracaq, - bu barədə cümə günü jurnalistlərə Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova deyib.

"Dağlıq Qarabağa ayrılan maliyyə yardımı separatçı rejimin himayəsinə göndərilə bilər və bununla bağlı kifayət qədər fakt vardır", - Muradova deyib.

Onun sözlərinə görə, əgər sözügedən yardım əhalinin həyat tərzinin yaxşılaşdırılmasına sərf olunubsa, onda Azərbaycan vasitəsilə göndərilməli idi.

ABŞ dövlət katibinin Azərbaycana səfəri iyulun 4-nə nəzərdə tutulub.

"ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Təxsisat Komitəsi 2011-ci il üçün büdcəni təsdiq edib; buna əsasən Ermənistana ayrılan maliyyə yardımının həcmi 44 milyon dollar təşkil edir", - cümə axşamı Amerikanın Ermənistan milli komitəsindən verilən məlumatda deyilir.

"Ayrılmış 4 milyon dollar vəsait ABŞ Prezidenti Barak Obama tərəfindən nəzərdə tutulmuş məbləği keçir, lakin eyni zamanda, ötən ildən 4 milyon dollar azdır", - məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti