...

Azərbaycanda keçiriləcək Parlament seçkilərində vətəndaş cəmiyyətinə dəstəyin gücləndirilməsi vacibdir - forum sədri Eldar Namazov

Siyasət Materials 8 İyul 2010 11:27 (UTC +04:00)
Azərbaycanda keçiriləcək Parlament seçkilərində vətəndaş cəmiyyətinə dəstəyin gücləndirilməsi vacibdir.
Azərbaycanda keçiriləcək Parlament seçkilərində vətəndaş cəmiyyətinə dəstəyin gücləndirilməsi vacibdir - forum sədri Eldar Namazov

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda keçiriləcək Parlament seçkilərində vətəndaş cəmiyyətinə dəstəyin gücləndirilməsi vacibdir. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Naminə" İctimai Forumunun sədri Eldar Namazov bildirib.

"Məntiq ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti fəal olmasa, heç bir dairədə heç bir namizəd öz istəyinə nail ola bilməyəcək. Vətəndaş cəmiyyətinin fəal olmasının iki üsulu var. Ya gərək hansısa bir dairədə namizəd olub, orada seçki kampaniyası aparasan, ya da ki, bir neçə dairədə səninlə həmfikir olan insanlara dəstək verəsən, onların kampaniyasında fəal iştirak edəsən", - Namazov əlavə edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Namazov qeyd edib ki, bu məqsədlə vətəndaş cəmiyyətindən və gənclər təşkilatlarından olan şəxslərə treninqlər də keçirilir.

"Bu işlə bağlı bir neçə treninq keçirmişik. "Uğurlu seçki kampaniyasını necə təşkil etməli?" adlı treninqi buna misal göstərmək olar. Treninqlər zamanı beynəlxalq təcrübədən istifadə olunub. Yerli təcrübə nəzərə alınıb. Düşünürəm ki, belədə mənim köməyim daha çox dəyər, nəinki hansısa bir dairədə mandat uğrunda mübarizə aparmaq", - Namazov deyib.

Xəbər lenti

Xəbər lenti