...

İran Prezidenti Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsini təyin edib

Siyasət Materials 21 İyul 2010 14:09 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsini təyin edib. Təyin olunan xüsusi nümayəndə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadədir. Bu barədə xəbəri Mehr agentliyi yayıb.
İran Prezidenti Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsini təyin edib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejad Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsini təyin edib. Təyin olunan xüsusi nümayəndə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadədir. Bu barədə xəbəri Mehr agentliyi yayıb.

O, bu vəzifədə hazırda İranın Çindəki səfiri, keçmiş xüsusi nümayəndə Mehdi Səfərini əvəzləyəcək.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Xəbər lenti

Xəbər lenti