...

Payızda Mərakeşdən Azərbaycana mühüm səfərlər gözlənilir

Siyasət Materials 31 İyul 2010 11:34 (UTC +04:00)
Bu ilin payız aylarında və dekabrında Mərakeş nazirlərinin Azərbaycana mühüm səfərləri gözlənilir. Bu barədə Trend-ə Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami deyib.
Payızda Mərakeşdən Azərbaycana mühüm səfərlər gözlənilir

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Ü.Sadıxova/

Bu ilin payız aylarında və dekabrında Mərakeş nazirlərinin Azərbaycana mühüm səfərləri gözlənilir. Bu barədə Trend-ə Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami deyib.

Onun sözlərinə görə, rəsmi dəvətlər ədliyyə naziri, gənclər və idman naziri, həmçinin Mərakeş parlamentinin spikerinə göndərilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin səfərinə cavab olaraq Mərakeş Krallığının sosial inkişaf və ailə məsələləri üzrə naziri Nuzhə əs-Saqli Azərbaycana gələcək.

Mərakeş nazirlərinin səfəri zamanı turizm, mədəniyyət, həmçinin qarşılıqlı vergiqoymanın ləğvi sahəsində mühüm sazişlərin imzalanması gözlənilir.

Mərakeşin Azərbaycandakı səfirinin sözlərinə görə, bu ilin sonu, gələn ilin əvvəlində iqtisadi məsələlər üzrə dövlətlərarası komissiyanın iclası gözlənilir.

Xəbər lenti

Xəbər lenti