...

Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş yeddi nəfər xilas edilib

Siyasət Materials 9 Avqust 2010 16:36 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet-saytının bazar ertəsi yaydığı məlumata görə, günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində çimərkən batmaq təhlükəsi ilə üzləşmiş altı nəfər, motorlu qayığın çevrilməsi nəticəsində batmaq təhlükəsi ilə üzləşmiş bir nəfər və Mingəçevir su anbarının nəzarət olunan hissəsində batma təhlükəsi ilə üzləşmiş iki nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş yeddi nəfər xilas edilib

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş yeddi nəfər xilas edilib.

Xəbər lenti

Xəbər lenti