...

Azərbaycan hökuməti "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nı təsdiq edib

Siyasət Materials 23 Avqust 2010 13:55 (UTC +04:00)
Qaydalar fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydalarını müəyyənləşdirir.
Azərbaycan hökuməti "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nı təsdiq edib

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin internet saytı bazar ertəsi məlumat yayıb.

Qaydalar fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydalarını müəyyənləşdirir.

İnformasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçirilir.

Qaydalara görə, informasiya sistemlərini dövlət qeydiyyatından keçirdikdən sonra, onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir.

İnformasiya sistemləri ayrı-ayrılıqda dövlət qeydiyyatına alınır.

Dövlət qeydiyyatı ləğv edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanılması, işlənilməsi qadağandır və həmin sistemlərdə olan məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməlidir.

Xəbər lenti

Xəbər lenti