İlham Əliyev Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak edib (ƏLAVƏ OLUNUB-2) (FOTO)

İlham Əliyev Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak edib (ƏLAVƏ OLUNUB-2) (FOTO)

RED: əlavəsi: Prezidentin çıxışı əlavə olunub

Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söylədi.

"Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizdə çox əlamətdar və tarixi bir gündür. Bu gün Bakıda Dövlət Bayrağı Meydanı açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Dövlət Bayrağı Meydanının açılışı həqiqətən tarixi və unudulmaz bir hadisədir. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə ərazi isə 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri - gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir. Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərəcəkdir. Meydanın ortasında isə Azərbaycanın dövlət bayrağı ucalacaqdır. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bayrağın hündürlüyü 162 metrdir və bu bayraq şəhərimizin hər bir yerindən görsənəcəkdir. Məhz bu məqsədlə bu yer seçilmişdir. Bu yer, bu ərazi abadlaşdı. Gələcəkdə burada böyük parklar, dənizkənarı bulvar salınacaq, istirahət üçün gözəl şərait yaradılacaqdır. Artıq bu işlər başlanmışdır. Gələcəkdə burada salınacaq bulvar Bakı bulvarı ilə birləşəcəkdir" İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Bayraq meydanının yaradılması üçün çox böyük tikinti, quraşdırma, quruculuq işləri görülüb.

"Çox sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görmüşlər. Bu onu göstərir ki, bizdə olan güclü potensial hər bir sahədə özünü büruzə verir. Bu gün imkanlarımız o qədər böyüyüb ki, biz istənilən məsələni həll edə, istənilən memarlıq əsərini yarada bilərik. Meydanın yaradılması haqqında sərəncam mənim tərəfimdən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən iki il sonra, 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir.

Bildiyiniz kimi, Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.

O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir. O illər hamımızın yadındadır. O illər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Ölkənin inkişaf perspektivləri qeyri-müəyyən idi və Azərbaycan əslində, dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının tələbi və müdrikliyi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı. Bu inkişaf dövrünün nəticələrini bu gün Azərbaycan vətəndaşları görürlər.

1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuşdur. Məhz o illərdə Azərbaycanda iqtisadi, siyasi sabitlik yaranmış, ölkə dünya birliyinə özünü təqdim edə bilmişdir. Biz beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanmağa başlamışdır. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişdir. Ölkəmizə böyük həcmdə investisiyanın cəlb olunmasına nail ola bilmişdik. O proseslər bu gün də Azərbaycanın inkişafını təmin edir və onilliklər bundan sonra da Azərbaycanın uğurlu inkişafını müəyyən edəcəkdir. O on il ərzində Azərbaycan çox böyük bir yol keçmişdir və demək olar ki, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur" Prezident çıxışında qeyd edib.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə inkişaf edir.

"Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş uğurlarımızın əsas şərtidir. Biz iqtisadi, siyasi islahatları bu möhkəm əsas üzərində aparırıq. Ölkədə demokratikləşmə prosesləri çox uğurla gedir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. Keçən il və bu il dünyada hökm sürən iqtisadi və maliyyə böhranı böyük iz qoymuşdur. Buna baxmayaraq, Azərbaycan bu sınaqdan da şərəflə çıxa bilmişdir. Ölkə qarşısında duran bütün vəzifələr, müəyyən edilmiş bütün proqramlar icra olunur. Ölkəmizin hər bir yerində quruculuq-abadlıq işləri aparılır, iqtisadi islahatlar davam etdirilir. Bu gün Azərbaycan inkişaf edən ölkədir.

Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq. Azərbaycan beynəlxalq arenada özünəlayiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın" dövlət başçısı bildirb.

Dövlət başçısı bir daha deyib ki, ölkə daxilində bütün proseslər müsbət istiqamətdə inkişaf edir.

"Biz iqtisadi və sosial islahatları aparmaqla həm ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edirik, eyni zamanda, sosial məsələlərin həllində də böyük uğurlara nail ola bilmişik. Bu gün Azərbaycan böyük bir tikinti meydançasıdır. Hər yerdə, hər bölgədə, hər şəhərdə tikinti-quruculuq işləri aparılır, sosial obyektlər, infrastruktur obyektləri tikilir. Yəni Azərbaycanda görülən işlər nəinki ölkəmizin yaxın gələcəyini müəyyən edəcək, bax bu gün yaradılan infrastruktur və həyata keçirdiyimiz layihələr on il, iyirmi il, otuz il bundan sonra özünü göstərəcək və Azərbaycan xalqına xidmət edəcəkdir. Bizim uğurlu enerji siyasətimiz Azərbaycanı dünya birliyi qarşısında etibarlı tərəfdaş kimi təqdim etməyə əsas yaratdı. Bu gün bu siyasət ölkə daxilində gedən proseslərə çox müsbət təsir göstərir. Biz demək olar ki, bu sahədə qarşımızda duran bütün vəzifələri icra etmişik və sadəcə olaraq, əldə edilmiş nailiyyətlər əsasında gələcəkdə yeni layihələrin həllinə çalışırıq. Əminəm ki, bütün məqsədlərə çatacağıq" İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, Azərbaycan iqtisadi cəhətdən özünü təmin edən ölkədir.

"Biz heç bir xarici yardımdan asılı olmayan ölkəyik. Biz enerji təhlükəsizliyimizi təmin etmişik. Ərzaq təhlükəsizliyimizi təmin edirik və belə olan halda Azərbaycanın gələcəyi haqqında yalnız bir fikir deyilə bilər: Azərbaycanın gələcəyi Azərbaycanın indiki vəziyyətindən daha da parlaq olacaqdır. Baxmayaraq ki, bu gün nəinki postsovet məkanında, bölgədə və ümumiyyətlə, ölkələr sırasında biz yüksək yerləri tuturuq, Azərbaycanda insanlar ildən-ilə daha da yaxşı yaşamalıdır. Bu məqsədlə bütün sosial proqramlar icra olunur, maaşlar və pensiyalar vaxtaşırı artırılır, ölkə iqtisadiyyatının inkişafını təmin etmək üçün bütün tədbirlər görülür. Bizim gözəl ölkəmiz, gözəl təbiətimiz vardır. Ölkəmizin hər bir tərəfi gözəldir. Hər bir tərəf abadlaşır, gözəlləşir. Bizim təbii ehtiyatlarımız vardır. Bu ehtiyatlar gücümüzü daha da artırır. Artıq böyük maddi imkanlarımız vardır. Biz nəinki xarici yardımdan asılı deyilik, eyni zamanda, lazım gələndə özümüz də yardım göstəririk. Bu da siyasətimizin yeni istiqamətidir. Bir neçə ildən sonra Azərbaycan beynəlxalq donor ölkəsinə çevriləcəkdir və bu məqsədə çatmaq üçün artıq konkret tədbirlər planı hazırlanır. İqtisadi və sosial sahədə elə məsələ yoxdur ki, bu məsələ Azərbaycanda həll olunmasın. Düzdür, bu gün hələ həllini gözləyən məsələlər çoxdur. Ancaq əsas odur ki, biz bu məsələləri bilirik. Onların həlli yollarını bilirik. Bu məsələlərin həlli üçün icra mexanizmləri, maliyyə resursları və siyasi iradə vardır. Yəni bütün bu amillərin birləşməsi şəraitində istənilən məsələ öz həllini tapa bilər.

Biz hamımız Azərbaycanın gələcəyi haqqında düşünürük və düşünməliyik. Biz ölkəmizin təhlükəsizliyini təmin etməliyik, ölkədə dinamik və sürətli inkişaf tempini saxlamalıyıq, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri daha da möhkəmlənməlidir. Artıq regionda gedən proseslərdə Azərbaycan çox fəal rol oynayır. Bəzi hallarda həlledici rol oynayır. Bizim tərəfimizdən irəli sürülmüş siyasi və iqtisadi təşəbbüslər reallaşır. Bu, nəinki bizə, eyni zamanda, bizimlə dostluq münasibətlərində olanlara da xeyir gətirir. Yəni, biz bu istiqamətdə daha da fəal addımlar atacağıq və beləliklə, ölkəmizin inamlı və uğurlu gələcəyini təmin edəcəyik.

Bütün bu vacib məsələlərlə bərabər, bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəydik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq. O ölkə ki, burada bütün azadlıqlar vardır. Təhlükəsizlik, sosial rifah, iqtisadi inkişaf templəri təmin edilir. O ölkə ki, burada bütün xalqlar, bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Mehribanlıq, dostluq şəraitində yaşayırlar. O ölkə ki, burada milli-dini dözümlülük yüksək səviyyədədir və bu gün Azərbaycan bu məsələlərdə nümunə kimi göstərilir. Bu ölkəni biz yaratmışıq. Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Bizim bütün təşəbbüslərimiz, irəli sürdüyümüz bütün layihələr səmərə verir, həm bizə, həm bizim tərəfdaşlara xeyir gətirir. O layihələri həyata keçirmək üçün nəinki böyük maliyyə imkanları, həm də güclü iradə, cəsarət və öz siyasətinə sədaqət lazımdır. Hər halda bu günə qədər ölkəmiz tərəfindən atılan bütün addımlar düzgün istiqamətdə atılmış addımlar olmuşdur.

Biz bu gün müstəqil ölkə kimi yaşayırıq və böyük qürur hissi ilə yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq. Biz müstəqil siyasət aparırıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu, böyük xoşbəxtlikdir, böyük sərvətdir. Bizdən əvvəl nəsillər müstəqillik arzusu ilə yaşayırdı. Ancaq bu müstəqilliyi görmək bizə nəsib olubdur. Bu xoşbəxtlik bizə nəsib olubdur. Biz nəinki bu müstəqilliyi görürük. Biz bu müstəqilliyin möhkəmləndirilməsi üçün işlər görürük, fəaliyyət göstəririk, çalışırıq. Hər bir vətəndaş tutduğu yerindən asılı olmayaraq öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik.

Bir daha demək istəyirəm ki, bu gün atılan addımlar və irəli sürülən təşəbbüslər onilliklərdən sonra özünü göstərəcəkdir. Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik: 20 il, 50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz ölkəmizin uğurlu inkişafını hansı resurslar əsasında təmin edəcəyik?! Biz bu barədə düşünürük və görülən bütün işlər həm bugünkü problemlərin həllinə, eyni zamanda, gələcəyə yönəldilibdir. Biz müstəqil, azad xalqıq, öz siyasətimizi özümüz aparırıq və bundan böyük xoşbəxtlik ola bilməz.

Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Əminəm ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda tikinti-quraşdırma işləri tamamlanandan sonra bu möhtəşəm meydan insanlarla dolu olacaqdır. Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər vardır. Yəni, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!" İlham Əliyev çıxışının sonunda bildirb.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə dövlət bayrağı Azərbaycan əsgərlərinin çiyinlərində meydana gətirildi.

Prezident İlham Əliyev bayrağın ilgəyini qarmağa bərkitdi. Xüsusi qurğu dövlət bayrağını aramla səmaya - dirəyin zirvəsinə qaldırmağa başladı.

Azərbaycan Respublikasının dövlət bayrağının xalqımızın milli həmrəyliyinin yaradılması və möhkəmləndirilməsindəki rolundan, Dövlət Bayrağı Meydanının tikintisindən bəhs edən film nümayiş olundu.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. İndən belə hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır.

2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirmişdir. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 3 hektar olan meydanda bütün infrastruktur yaradılacaqdır. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçirmişlər.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.

Dövlətimizin başçısı İlham Əliyev bayrağı açdı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Toplardan yaylım atəşi açıldı.

DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yol şəbəkəsinin tikintisinə 2 milyon manata yaxın vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (FOTO)
Bakıda qar yağacaq, yollar buz bağlayacaq
“BakuBus”un rəhbəri vəzifəsindən azad edilib
Azərbaycan nefti ucuzlaşır
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Rusiyada koronavirusdan ölənlərin sayı 65 mini keçib
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Azad olunan ərazilərdə tütünçülüyün inkişafı müzakirə edilib (FOTO)
Azad olunmuş ərazilərimizdə yeni yolların, aeroportların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir - Deputat
Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb (FOTO/VİDEO)
Polis Yardımlıda əməliyyat keçirdi, keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlandı
Hindistanda dünyanın ən kütləvi peyvəndləməsi başlayıb
Məktəblərlə bağlı gələn həftə qərar veriləcək
Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB
Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir – Şahmar Mövsümov
Kəlbəcər rayonunun Hacıkənd kəndi (FOTO/VİDEO)
Vaksin seçimində əsas meyar təhlükəsiz və effektlivliyidir - Səhiyyə Nazirliyi
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Azərbaycana 2 milyon doza Sinovac vaksini gətirilib
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Bəzi ölkələrdən diri heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb
Əsas məqsəd azad edilmiş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizəmiz də davam edir – Şahmar Mövsümov
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur
Birinci bu şəxslər peyvənd olunacaq - CƏDVƏL
Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi
Gəncədə COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir (FOTO)
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq - Şahmar Mövsümov
Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB
Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib - Prezidentin köməkçisi (ƏLAVƏ OLUNUB)
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu (VİDEO)
Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Bir gündə cinayət törədən 45 nəfər saxlanılıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunmur
Metronun qapalı qalması və ictimai nəqliyyatın həftəsonu işləməməsi ilə bağlı qərar qüvvədə qalır
Bu tarixdən kafe və restoranlar işləyə biləcək - Operativ Qərargah
Bu sahələrin fəaliyyəti bərpa olunur
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldılır
"Twitter"in işində qüsurlar yaranıb
TAP-ın buraxılış gücü artırıla bilərmi?
260 qaziyə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib (FOTO)
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb
Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır - Agentlik sədri
Braziliyada ötən sutka koronavirusdan 1 038 nəfər ölüb
Azərbaycanda istehsalı artmış və azalmış məhsullar açıqlanıb
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
Kompensasiya ilə bağlı şayiələr həqiqəti əks etdirmir - TƏBİB
ABŞ-ın səhiyyə naziri istefaya gedib
Paytaxtın küçələri yenidən dezinfeksiya edilir (FOTO)
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır
Trampın "Facebook" və "İnstagram" hesabları bərpa edilib
Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb
İranda güclü zəlzələ baş verib
İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb
Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA (FOTO)
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 709 mindən çox artıb
Meksika sahillərində güclü zəlzələ baş verib
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!
Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib
Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub
Bütün xəbərlər