...

Azərbaycan Berlində Vətəndaş Cəmiyyəti Forumunda iştirak edəcək

Siyasət Materials 2 Sentyabr 2010 19:03 (UTC +04:00)
Vətəndaş cəmiyyətinin 230-a yaxın təşkilatı noyabrın 18-19-da Berlində "Şərq tərəfdaşlığı" ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun ikinci iclasında iştirak etmək üçün dəvət olunub.
Azərbaycan Berlində Vətəndaş Cəmiyyəti Forumunda iştirak edəcək

Аzərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir А.Qasımova/

Vətəndaş cəmiyyətinin 230-a yaxın təşkilatı noyabrın 18-19-da Berlində "Şərq tərəfdaşlığı" ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun ikinci iclasında iştirak etmək üçün dəvət olunub. Bu barədə ENPİ-nin məlumatında deyilir.

Onlar Aİ-yə üzv olan dövlətlər, "Şərq tərəfdaşlığı" ölkələri, beynəlxalq şəbəkələr və üçüncü ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarından daxil olan 562 ərizə əsasında seçilib. İştirakçıların seçimi Vətəndaş Cəmiyyəti Forumunun rəhbər komitəsi tərəfindən aparılıb və Avropa Komissiyası tərəfindən təqdir olunub.

Avqustun əvvəllərində Avropa Komissiyası ərizə təqdim edənlərə seçkilərin nəticələrini elan edib.

Forumun əsas məqsədi vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrə yardım və onların Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın dövlət hakimiyyət orqanları ilə dialoquna dəstəkdir.

I Forum 2009-cu il 16-17 noyabrda keçirilib və 200-dən çox vətəndaş cəmiyyəti təşkilatını toplayıb.

Xəbər lenti

Xəbər lenti