...

Türkiyə səfiri Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

Siyasət Materials 7 Sentyabr 2010 16:21 (UTC +04:00)
Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç çərşənbə axşamı Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Bu barədə Türkiyə səfirliyindən verilən məlumatda deyilir.
Türkiyə səfiri Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Ü.Sadıxova/

Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç çərşənbə axşamı Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. Bu barədə Türkiyə səfirliyindən verilən məlumatda deyilir.

"Ölkələrimiz arasında bənzərsiz qardaşlıq əlaqələrinin və həmrəyliyin çox yüksək səviyyədə olduğu bir dönəmdə mən də fürsətdən istifadə edərək müqəddəs Ramazan bayramı münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bayramın azərbaycanlı bacı və qardaşlarıma firavanlıq, sağlıq, xoşbəxtlik və bərəkət gətirməsini diləyirəm", - bu barədə türk diplomatının təbrikində deyilir.

Azərbaycanda Ramazan bayramı sentyabrın 9-da qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti