...

Pankisi dərəsində Gürcüstan Müdafiə Nazirliyinin yüksəkrütbəli məmuru həbs olunub

Siyasət Materials 8 Sentyabr 2010 15:25 (UTC +04:00)
Gürcüstan Müdafiə Nazirliyinin yüksəkrütbəli məmuru Soso Quzarauli Pankisi dərəsində aparılan xüsusi əməliyyat nəticəsində həbc edilib. "Kaxetiya İnformasiya Mərkəzi"nin verdiyi məlumata görə, Quzarauli silah alverində şübhəli bilinir.
Pankisi dərəsində Gürcüstan Müdafiə Nazirliyinin yüksəkrütbəli məmuru həbs olunub

Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Müdafiə Nazirliyinin yüksəkrütbəli məmuru Soso Quzarauli Pankisi dərəsində aparılan xüsusi əməliyyat nəticəsində həbc edilib. "Kaxetiya İnformasiya Mərkəzi"nin verdiyi məlumata görə, Quzarauli silah alverində şübhəli bilinir.

Quzaraulinin yerləşdiyi evlərin birində aparılan axtarış zamanı oradan silah aşkar edilib.

Polis Batirişvili soyadlı digər şübhəlini həbs edə bilməyib. O, hadisə yerindən qaçmağa nail olub.

"Kaxetiya İnformasiya Mərkəzi" Gürcüstan Müdafiə Nazirliyindən Quzaraulinin həbsi iləı bağlı izahat ala bilməyib.

"Burada Quzaraulinin dostu olub. O da keçmiş hərbçi, zabit olub; deyirlər o, silah satır. Maşınlarla gəliblər, lakin onu tuta bilməyiblər, gizlənib", - Xanqoşvili bəyan edib.

Gürcüstan Baş Prokurorluğundan bəyan ediblər ki, Quzaraulini Müdafiə Nazirliyinin müvafiq orqanı həbs etdiyi üçün, bu işin Baş Prokurorluğa heç bir aidiyyəti yoxdur.

Xəbər lenti

Xəbər lenti